Ronaldo və Messinin şahmat fotosunun qiyməti AÇIQLANDI

İDMAN
15:50 21.11.2022
385
Ulduz futbolçular Lionel Messi və Kristiano Ronaldonun birgə olduğu tarixi fotonun qiyməti bəlli olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, futbol tarixinin ən yaxşı futbolçuları sırasında göstərilən Lionel Messi və Kriştiano Ronaldonun sosial şəbəkələrdə paylaşdıqları fotonun qiyməti məlum olub. 

Məşhur amerikalı fotoqraf Enni Leybovitsin iki futbolçunun ayrı-ayrılıqda çəkdiyi şahmat fotosu təxminən 4 milyon 300 min dollara başa gəlib. 

Həmçinin Ronaldonun bu paylaşıma görə 2,4 milyon dollar, Messinin isə 1,7 milyon dollar aldığı bildirilir.

Foto ilə bağlı sonradan ortaya çıxan bir fakt hər kəsi təəccübləndirib. Məlum olub ki, iki dünya şöhrətli futbolçunun fotoları ayrı-ayrı vaxtlarda çəkilib, sonra montaj edilərək bir araya gətirilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR