Çempionlar Liqasının 1/8 final çərçivəsiondə “Real”la “Mançester Yunayted” klubları qarşılaşıb (1:1).AZXEBER.COM-un məlumatına görə, qarşılaşmada qol vuran “Real” klubunun forvardı Kriştiano Ronaldo keçmiş klubunun qapısına vurduğu qolu bayram etməyib.Futbolçu bunu belə izah edib: “Mən həmişə qaçmağı xoşlayıram. Vurduğum qolu bayram etməməyim isə mənə bu qədər kömək olmuş klubuma hörmətimdən irəli gəlir”.Futbolçu bildirib: “Biz onları "Old Trafford”da məğlub edə bilərik. Biz həmişə qələbə qazanmağa çalışırıq”, - deyə Ronaldo əlavə edib.