Ulduz futbolçu Kriştiano Ronaldo Portuqaliyada yeni villa tikdirib. Onun yeni evi Lissabonun Cascais səmtindəki Quinta da Marinha rayonundadır və 3000 kvadratmetr ərazini əhatə edir.
AZXEBER.COM "Sky Sports Italia”a istinadən xəbər verir ki, Ronaldo bu üç mərtəbəli villada işləmək üçün işçi qrupu axtarır.
Məlumata görə, o, aşpaz və eşikağası da daxil olmaqla 4 nəfərlik komandanı işə götürəcək. İş elanı yayımlayan Ronaldo villada qalacaq işçilərə aylıq 6 min avro maaş verəcək.
Ronaldonun 11 milyon avroya aldığı binanın tikinti işləri tamamlandıqdan sonra dəyəri 30 milyon avro olub.
Qeyd edək ki, 3 min kvadratmetr sahədə yerləşən 3 mərtəbəli villanın 455 kvadratmetrlik bağçası və açıq sahəsi, tennis kortu, kinoteatrları, açıq və qapalı hovuzu, idman kompleksi, smart istilik sistemi, 20 maşın tutumlu meqa qarajı, yeraltı dəhlizi, sualtı gəzinti yolu və nəhəng şüşəli hovuzu var.
Aydın