Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, futbolçunun instaqram sosial şəbəkəsindəki izləyici sayı 600 milyonu keçib.
Bununla da Ronaldo sözügedən platforma üzrə dünyada ən çox izləyiciyə malik ilk şəxs olub.