İngiltərə Premyer Liqasında oynanılan "Mançester Yunayted" - "Liverpul" matçı öncəsi Kriştiano Ronaldonun etdiyi hərəkət müzakirələrə səbəb olub.
AzxeberSport xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı ulduz "Liverpul"un keçmiş futbolçusu Ceymi Karrageri görməzdən gəlib.
Qarşılaşmadan əvvəl isinmə hərəkətlərini dayandıraraq meydanın kənarında şərhçiləri salamlamağa gələn Ronaldo "Liverpul"un sabiq futbolçusu Ceymi Karraqerə salam verməyib. Ronaldonun bu hərəkəti diqqətdən yayınmayıb.
Qeyd edək ki, daha əvvəl Karraqer Ronaldonun haqqında "Mançester Yunayted"in Ronaldoya ehtiyacı yoxdur", fikrini səsləndirmişdi.
Aydın