“Real” klubunun məşhur portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun nişanlısı İrina Şeyk soyunub. ANS PRESS-in məlumatına görə, rusiyalı məşhur top-model kişilər üçün “Maxim” jurnalının ingilis versiyası üçün Yeni ilqabağı açıq-saçıq fotosessiyada iştirak edib. Bəzilərinin fikrincə, fotosessiyadakı şəkillərdə İrina Şeykin gözəlliyi Kriştiano Ronaldonun futbol oynamaq bacarığını da üstələyir. Qeyd edək ki, Kriştiano Ronaldo ilə İrina Şeykin toyu gələn ilin yayına planlaşdırılır. Bunadək isə Kriştiano Ronaldo Portuqaliya yığmasının tərkibində Avro-2012-nin final mərhələsində Almaniya, Hollandiya və Danimarka yığmaları ilə mübarizədə komandasına növbəti mərhələyə vəsiqə qazandırmağa çalışmalıdır.