AZXEBER.COM-un məlumatına görə, dünya ulduzu hesab edilən portuqaliyalı futbolçu Kriştiano Ronaldonun bacısı Katia Aveyro ölkəsində keçirilən "Survivor" yarışmasına qatılacaq.Katia yerli Tele 5 kanalı ilə razılığa gəlib. Ronaldo isə öz növbəsində bacısının qərarını dəstəklədiyi bildirib.Qeyd edək ki, K.Aveyro ötən ildən etibarən insanlar tərəfindən tanınmağa başlanılıb. Xanım "Boom Sem Parar" adlı mahnı ifa edib və "Youtube" video paylaşım şəbəkəsinə yerləşdirdikdən sonra az bir müddətdə 1 milyondan çox izləyici toplayıb.Xatırladaq ki, "Survivor" yarışmasına qatılanlar sırasında Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı olan aktyor Tolqa Karel də qatılıb. Supermodel İrina Şeykin sevgilisi olan Ronaldonun bacısının fotolarını sizə təqdim edirik.
