Ronaldonun sözünü kəsdilər – qəzəblənib getdi (VİDEO)

İDMAN
00:02 06.07.2015
4322
Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştiano Ronaldo bugünlərdə keçirdiyi mətbuat konfransında əsəblərini cilovlaya bilməyib.
Buna mətbuat xidmətinin rəhbərinin Ronaldonun sözünü kəsməsi səbəb olub.
 
Jurnalistlər Ronaldodan komanda yoldaşı Serxio Ramosun “Real”dakı gələcəyi və “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın “Los-Anceles Qeleksi”dəki perspektivi haqda soruşub. Bu məqamda press-attaşe futbolçunun sözünü kəsib. Ronaldo isə bundan hiddətlənib: “Siz bu insanlara qarşı dost münasibətimə xələl gətirmək istəyirsiz? Məni pis vəziyyətdə qoyursuz”.
 
Futbolçu bu durumdan narazı qalsa da, mətbuat xidmətinin rəhbərinin qərarını yerinə yetirərək, jurnalistlərlə ünsiyyəti sona çatdırıb. (publika.az)
OXŞAR XƏBƏRLƏR