''Ronaldonun zədəsinin ciddi olmasını arzulamışdım''

İDMAN
07:59 12.10.2012
1442

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində bu axşam Portuqaliyanı qəbul edəcək Rusiya yığmasının baş məşqçisi Fabio Kapello oyunöncəsi mətbuat konfransı keçirib.

AZXEBER.COM-un məlumatına görə, italiyalı mütəxəssis bu görüşdə favoritin olmadığını bildirib:

"Son iki oyunda qələbə qazanmışıq. Komandamın müdafiə xəttindən razıyam. Ancaq bu axşam rəqibimiz çox güclüdür. Bununla belə, Portuqaliya ilə oyunda favoritin olmadığını düşünürəm. Portuqaliya millisi yüksək səviyyəli komandadır. Amma biz də onlardan geri qalmırıq və bu axşam yalnız qələbəyə oynayacağıq.Ronaldoya gəldikdə isə bu futbolçunun dünyanın ən yaxşı oyunçusu olduğu hər kəsə bəllidir. Müdafiədə ona qarşı çox diqqətli oynamalı və Ronaldonun cərimə meydançamıza yaxınlaşmasına imkan verməməliyik. Əks təqdirdə bu bizə baha başa gələcək. Ronaldo "Barselona" ilə oyunda zədələnərkən onun bizimlə oyunda oynamamasını və zədəsinin ciddi olmasını arzulamışdım (gülür). Çünki Ronaldosuz Portuqaliyaya qarşı oynamaq daha asan olardı".

Qeyd edək ki, Rusiya millisi seçmə mərhələ çərçivəsində bu axşam Moskvada Portuqaliya, 4 gün sonra isə millimizlə qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR