Ronaldu beşinci dəfə ata olacaq

Ronaldu beşinci dəfə ata olacaq
MAQAZİN
20:17 28.10.2021
469


 

"Mançester Yuneyted”in hücumçusu Kriştianu Ronaldu və sevgilisi Corciniya Rodriges valideyn olmağa hazırlaşırlar.

Bu barədə ulduz futbolçu "Instagram” səhifəsində paylaşım edib.

"Əkiz övladlar gözlədiyimizi xəbər verməkdən məmnunan. Qəlblərimiz sevgi ilə doludur. Sizinlə görüşümüzü səbirsizliklə gözləyirik”, -deyə Ronaldu qeyd edib.

 

Yeni doğulacaq əkizlərin cinsiyyəti hələlik bəlli deyil.

Xatırladaq ki, 36 yaşlı hücumçunun Kriştianu və Mateo adında iki oğlu, həmçinin Eva və Alana adlı iki qızı var.

OXŞAR XƏBƏRLƏR