PSJ-nin futbolçusu Neymar sabiq komanda yoldaşı "Barselona"nın futbolçusu Lionel Messini kumiri adlandırıb.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, o deyib: "Messi və Ronaldo ilə yolum kəsişib. Messi ilə oynamışam. O, mənim üçün bütün vaxtların ən böyük futbolçularından biridir. Mesi mənim kumirimdir. Hər gün onu məşqlərdə izləyirdim. Bu, məni daha güclü etdi.
Ronaldu isə bir canavardır. Ona qarşı oynamaq çox maraqlıdır. Ronaldu daha ağıllı oynamağı öyrədir. Onlar kimi insanlardan öyrənmək, daha çox kubok qazanmaq və daha çox qol vurmaq istəyirəm".