Argentinalı keçmiş futbolçu Esteban Kambiasso Kriştianu Ronaldu barədə ilginc açıqlamaları ilə diqqət çəkib.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, keçən mövsüm futboldan gedən Esteban Kambiasso,"Yuventus"un ulduz ismi Kriştianu Ronaldu barədə açıqlamalar verib.
İtaliya mətbuatına danışan Kambiasso ''Kriştianu Ronaldu hər kəsin bəyəndiyi bir qadın kimidir. Ronalduya aşiqəm. Matçlarda bəzən ən yaxşısını göstərməsə də, yenə də bir şey edir'' ifadələrini işlədib.
Qeyd edək ki, Kambiasso "Real Madrid", "İnter", "Lester Siti" və "Olympiakos" klublarında top qovub. Hazırda karyerasını Kolumbiya millisində məşqçi kimi davam etdirir.