"Real”ın hücumçusu Kriştiano Ronaldo "PSJ”nin forvardı Neymarın kral klubuna keçidinin mümkünsüz olduğunu hesab edir.
"Marca” nəşrində portuqaliyalı ulduzun məsələyə münasibəti dərc olunub.
"Mən Neymar və onun "Real”a keçidi barədə çox söz-söhbətlər eşitmişəm, ancaq, sözün düzü müqavilənin imzalanacağını təsəvvürə gətirmək mənim üçün çox çətindir. "PSJ” ona görə külli miqdarda pul xərcləyib.
Neymarın nə vaxtsa "Real”da oynayacağını ağıla gətirmək çox çətindir. Kim bilir, bəlkədə bir neçə ilə bu baş verə bilər. Düşünürəm ki, o Parisdən razıdır”, - deyə Ronaldo bildirib.
Qeyd edək ki, Braziliyalı hücumçu "Barselona”dan "PSJ”yə rekord qiymətə, 222 milyon avroya transfer olunub. Cari mövzümdə Neymarın aktivində 30 matça 28 qol var.
///Oxu.Az