Daha bir tanınmış tiktoker həbs edildi

Daha bir tanınmış tiktoker həbs edildi
SOSİAL
21:52 30.03.2023
1188
"Roşka" ləqəbli ifaçı, tiktoker Rövşən Süleymanov saxlanılıb.

AZXEBER.COM "qaynarinfo”ya istinadən xəbər verir ki, Rövşən Süleymanovun TikTok sosial şəbəkəsində canlı yayımda söyüş və təhqir səsləndirməsi barədə polis orqanlarına müraciət edilib. O bu hərəkətlərini "roshroshka", "barbie_ttl 11" və "Megafan" profili vasitəsi ilə edib.

Polis tiktokçunu saxlayıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib edib. İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə aparılıb.

Məhkəmənin hakimi 28 mart tarixində polis tərəfindən tərtib edilmiş protokolun və eyni zamanda buna dair materialların 18-ci Polis Şöbəsinə geri qaytarılmasına dair qərar qəbul edib.

O, məhkəmə zalından çıxarkən hakimin qərarını əsas gətirərək, polisin ünvanına "yekə kişisən, ayıb olsun, başın xarab olub deyəsən, heç bir səbəb olmadan məni məhkəməyə gətirmisən" ifadələri işlədib.
Polislər onu intizama dəvət etsə də, Rövşən protokol yazan polisin ünvanına məhkəmənin inzibati binasının dəhlizində nalayiq ifadələr işlədib.

Yenidən məhkəmə qarşısına çıxarılan Rövşən Süleymanov İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib. Həbsetmənin əvvəli 28 mart 2023-cü il saat 20:00-dan hesablanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə "Roşka" ləqəbli ifaçı "No girl friend, no problem" adlı klipi ilə tanınıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu