Moskvada müstəntiqlər Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və İnformasiyanın Mühafizəsi Departamentinin rəisi, general-mayor Mixail Varentsovu saxlayıblar.
AZXEBER.COM "Unikal"a istinadən Rusiya mətbuatına istinadən xəbər verir ki, o "xüsusilə külli miqdarda dələduzluq”la bağlı cinayət işi çərçivəsində saxlanılıb.
Varentsovun Nikolay Çepkasova qarşı açılmış cinayət işi çərçivəsində saxlanıldığı bildirilir. Hazırda onunla bağlı istintaq aparılır. Onun haqqında həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı qərar veriləcək.
Məlumata görə, istintaq general-mayorun həbsinə çalışacaq.
Qeyd edək ki, Rusiya Milli Qvardiyasının əsas informasiya texnologiyaları mərkəzinin rəhbəri Nikolay Çepkasov bir ay əvvəl həbs edilib.