Bir neçə gün öncə müğənni Roza Zərgərlinin "İstədim” meqa hitinin erməni müğənni Zoya Baraghamyan tərəfindən oğurlandığı xəbəri yayılmışdı.
AZXEBER.COM xəbər verir ki, müğənni mahnını icazəsiz ifa etməklə yanaşı, müəllif kimi erməni musiqiçi və şairin adını qeyd etmişdilər.
Roza Zərgərli rəsmi şəkildə müraciət edərək erməni ifaçının mahnısı "youtube"əan sildirib.
Eyni zamanda Zərgərlinin ifasında "İstədim” mahnısı Ermənistanda "iTunes”də 1-ci pilləyə yüksəlib.
Qeyd edək ki, mahnının söz və musiqisi Rəssama (Elvin Həsənov) aiddir.