Roza ağladı: "O ailənin bütün üzvləri bir gündə həlak oldu"- Video

Roza ağladı: "O ailənin bütün üzvləri bir gündə həlak oldu"- Video
MAQAZİN
20:15 25.09.2017
1901
Müğənni Roza Zərgərli yeni duet ortağını və klipini təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, müğənninin duet ortağı müğənni Valeh Vəliyev olub. Onlar birlikdə "Biri sənsən, bir mən” adlı mahnı ifa ediblər.
 
Valehlə duet oxumağı müğənni Roza özü təklif etdiyini bildirib: "Valehin atası gözəl sənətkarımızdır. Bir çox məşhurlarla duet oxuya bilərdim. Mənimlə oxumağı Valehin atasının istəyi idi. Əslində bunlar klipi bunlar bu gün görüblər.”
 
Valeh isə duet ortağı haqqında bunları deyib: "Duet haqda düşünürəm. Roza xanım təklif etdi, mən də kiməm ki, "otkaz" edim. Atam Vaqif Şahmaroğlu görkəmli İslam Rzayevin tələbəsi olub”
 

Təqdimatda diqqət çəkən məqam isə müğənni Roza Zərgərlinin klipə baxarkən göz yaşlarını saxlaya bilməməsi olub.
 
Roza ağlamasını belə əsaslandırıb: "Klipdə istifadə edtiyimiz ev indi xarabalıqdır. O evin tarixçəsi yadıma düşdü, bir az üzüldüm. Deməli o evin ailə üzvləri hamısı avtomobil qəzasında dünyasını dəyişib. Yalnız evin qızı sağ qalıb, o da hazırda ailələlidir. O evə gəlib getmir. Qonşularla birgə çox axtardıq tapa bilmədik. Burdan ona səslənirəm ki, halallıq versin.”
 

Adətən məşhurlar yeni fəaliyyətə başlayan müğənnilərlə duet oxuyan zaman müəyyən qonarar alırlar. Roza da aldığı qonaraları açıqlayıb: "Bəli 100 min qanorarlar almışam. Özü də Valehin atasından almışam (gülür).”
 
Qeyd edək ki, mahnının sözləri Şirin Məmmədova, musiqisi Ruslan Şərəfoğluya məxsusdu. Ekran işinin rejissoru isə müğənni Roza Zərgərlidir.
 

 
Nazim Qasımzadə,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR