Müğənni Roza Zərgərli "instagram” səhifəsi açaraq, təhsil almamış şəxslərin jurnalist kimi fəaliyyət göstərməsini sərt tənqid edib.
AZXEBER.COM xəbər verir ki, müğənni, bayağı mahnıların bu dərəcədə yayılmasında həmin sosial şəbəkə səhifələrini günahlandırıb:
"Heç kim məndən inciməsin, bunu deməliyəm. Bəzi insanlar ki, jurnalistika təhsili yoxdur. Amma səhifə açaraq 100 manata, 200 manata lazımsız bir müğənninin bayağı mahnısını paylaşır, onu reklam edir. O mahnıları izləyicinin beyninə "sırayır”. Heç kim deyə bilməz ki, mən bunu yalan deyirəm. Amma belə olmaz. Gecə yatıb səhər duranda müğənni olan biri, ya dost xatirinə, ya da pulu ilə mahnısını reklam etdirir və öz sıfır dərəcəsində olan işini camaata təbliğ edir. Bu da normaldır ki, çox təbliğ edilən şey avtomatik olaraq yaddaşda qalır”.
Hazırda "Kanal - S”-də bədii rəhbər olaraq çalışan Zərgərli, televiziya verilişlərindən də söz açıb:
"Belə hallar efirlərdə də var. Hazırda televiziyalar internet üzərindən məşhur olan bu bayağıları məcbur olub televiziyalara çağırırlar ki, millət kanalları izləsin. O zaman bəyənmədiyimiz, bayağı deyib efirlərə çağırılan müğənnilər, bu gün verilişlərdə sənətkar deyə təqdim olunur. İnsanlar yaxşı musiqini, pis musiqini və ya bayağı ifaçını özləri ayırd etməlidirlər”- deyə Zərgərli bildirib.
Aysel