'Roza Zərgərli kimsəsiz uşaqlardan istifadə edərək özünü reklam edir'

MAQAZİN
18:04 09.08.2012
2981
Müğənni Roza Zərgərli Müqəddəs Ramazan bayramı münasibətilə Bilgəh qəsəbəsindəki qocalar evinə və Saray qəsəbəsində yerləşən 7 saylı kimsəsiz və əlil uşaqlar evinə baş çəkib. Roza öz komandası ilə birlikdə konsert verib. Amma çox maraqlıdır ki, Roza Zərgərli xeyriyyə işini, reklam, pr kampaniyaya çevirib. Qocalar evinin adından istifadə edən müğənni bu adla özünü cəmiyyə xeyriyyəçi müğənni kimi sırımağa çalışır. Konsertdən dərhal sonra Roza jurnalistlərə zəng edərək onun xəbərini yaymağı rica edib. Hətta bunun müqabilində müğənni jurnalistlərə pul da təklif edib. Bu haqda AZXEBER.COM-a şou-biznesə yaxın olan mənbədən məlumat verilib.Görəsən, müğənni bununla nəyə nail olmaq istəyir? Olmazmı ki, Roza Zərgərli özünü gündəmə gətirmək üçün başqa yollara əl atsın? Kimsəsiz uşaqların, qocaların adından istifadə etməsin. Sonda qeyd edək ki, Həzrəti Əli də buyurub ki, sağ əlin etdiyi yaxşılığı sol əl bilməməlidir. Amma Roza Zərgərlinin bu əməlini və bu mövzuda şou qurduğunu artıq bütün Azərbaycan bilir.

OXŞAR XƏBƏRLƏR