İnanıram ki, bu mahnım da hər kəs tərərfindən seviləcək
Roza Zərgərli "Ayrıldıq nədən" adlı yenimahnısını təqdim etdi
Müğənni bildirib ki, inanıram ki, mahnı yayın xitinə çevriləcək.
Musiqi və aranjimanı Elvin Musayev,sözləri Zülfi Bədəlovundu.Ben productionla birgə layihəmizdi.Bu mahnıya klip çəkməyi planlaşdırırıq.Çəkilişləri xaricdə etməyi düşünürəm.Sentyabr ayında Yaltada keçiriləcək "Şərq bazarı" (Vostoçnıy bazar)adlı musiqi yarışmasına münsif qismində dəvət almışam.Onlardan da maraqlı təklif gəlib.Ola bilsin ki,klipin çəkilişlərini Krım Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaltadaetdik.Doğrudur,hələ də istirahətə getməmişəm.İş başındayam.Yeni mövsüm üçün İctimai kanalda yayımlanan,aparıcısı və müəllifi olduğum "Bakı vaxtilə"verilişinin hazırlıqları ilə komandamla məşğulam.On günlük istirahət etməyi planlaşdırıram.Həmçinin Növbədə artıq hazır 7mahnım var ki,onları da inşallah istirahətdən qayıtdıqdan sonra təqdim edəcəm.Bir böyük layihə üzərində də çalışıram.Amma bu qoy sirr olaraq qalsın.Ancaq onu deyə bilərəm ki,inşallah bu layihə ilə Azərbaycan mədəniyyətinə və incəsənətinə daha da böyük töhfə vermiş olacam.