Müğənni Roza Zərgərli ATV ilə əməkdaşlığına son qoyub.İfaçının sözügedən telekanalda yayımlanan “Bakı vaxtı ilə” adlı verilişi bundan sonra İTV-də efirə gedəcək. Bu haqda R.Zərgərlinin özü deyib. O, telekanaldan ayrılmasının səbəbini hələ ki, gizli saxlayır.
Qeyd edək ki, "BEN production" tərəfindən lentə alınanproqramın növbəti buraxılışı mərhum xanəndə Səxavət Məmmədova həsr olunacaq. Efirin qonaqları mərhumun qardaşı Feyruz Səxavət,xalq artisti Zümrüd Məmmədova, əməkdar artistMöhlət Müslümov,ifaçı Almaz Orucova və Təhmiraz Şirinov olacaq.Layihəninredaktoru Zabir Əliyev, prodüseri, aparıcısı və müəllifi Roza Zərgərlidir.//axsam.az