Rozanın 5 saat davam edən “Hər gün” adlı konsertindən - Fotolar

Rozanın 5 saat davam edən “Hər gün” adlı konsertindən - Fotolar
MAQAZİN
22:13 12.08.2017
2088

"Replay Organization”nin təşkilatçılığı ilə müğənni Roza Zərgərlinin "Hər gün” adlı yay konserti baş tutub.

Müğənni "Hər gün” adlı mahnısına çəkdirdiyi klipini də həmin gecə təqdim edib. Müğənni klip təqdimatını ilk dəfə olaraq tamaşaçılarla birgə keçirdiyini deyib.

Roza Zərgərli konsert öncəsi AZXEBER.COM-a danışaraq təəsüratlarını bölüşüb: "Hər şeyin yaxşı olacağına inanıram. Bu gün dostlarım yanımdadır və bu gün tamaşaçılar Roza Zərgərlini həmişəkindən fərqli görəcəklər. Bu gecə səmimi dost axşamı yaşayacağıq. 4 eksklüziv duetimin təqdimatı olacaq. Yay konsertini təşkil etmək çoxdanki arzum idi”

Rozanı bu xoş günündə qızı və oğlu da yalnız qoymamışdı. Müğənni onlardan da bəhs edib:

"Qızım mənimlə duet oxumaq istəmir. Çünki qızım gələcəkdə vokal ifaçısı kimi tanınmaq, daha sonra mənimlə duet ifa etmək istəyir. Qızım da oğlum da hər ikisi öz dəsti xətti ilə tanınmaq istəyir. Mən də onların bu fikrini dəstəkləyirəm. Vaxtında mən də sənət yolumda öz gücümə irəliləmişəm.

Bəzi müğənnilərdən fərqli olaraq Roza konsertində dəvətnamələrin olmadığın bildirərək, "Hətta mən öz övladlarım üçün konsertimə biletləri pulla almışam” deyib.

Gecə boyunca Rozanı sənət yoldaşları, müğənni Samira Allahverdi, Səidə Dadaşova, Yaşar Yusub, Qurd, Mehman Tağıyev, reper Elşad Xose, Ramil Nabran və skripkaçı Səlim Abbasov yalnız qoymayıb. 5 saat davam edən konsertdə müğənni 3 müxtəlif libasdan istifadə edib.

Rozanı dinləməyə gələnlərin əksəriyyəti sponsor tərəfindən hədiyyələr, bir nəfər İPHONE 6 markalı telefon və iki nəfər Antaliyaya bilet qazanıb.

 

 










 


OXŞAR XƏBƏRLƏR