Rubio: ABŞ Ukraynaya silah göndərir, amma münaqişə başa çatmalıdır

Rubio: ABŞ Ukraynaya silah göndərir, amma münaqişə başa çatmalıdır
DÜNYA
22:50 21.05.2025
704
ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton Ukraynaya silah göndərir, lakin hesab edir ki, münaqişə başa çatmalıdır.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Rubio bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı deyib.

"Hazırda biz onlara yardım edirik, lakin müharibə bitməlidir,” – deyə dövlət katibi qeyd edib.

O əlavə edib ki, ABŞ Kiyevi dünyada hər kəsdən daha çox dəstəkləyir.
OXŞAR XƏBƏRLƏR