Rusiya XİN: Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər

 Rusiya XİN: Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər
DÜNYA
19:38 10.07.2025
644

Rusiya xarici işlər naziriSergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio ikitərəfli gündəliyin bütün spektri və dünyada vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

S.Lavrov və M.Rubionun görüşündə Ukrayna müharibəsində nizamlama, İran və Suriya ətrafında vəziyyətlə bağlı konkret, açıq fikir mübadiləsi baş tutub.

Görüş iştirakçıları həmçinin münaqişəli vəziyyətlərin sülh yolu ilə həlli üçün yollar axtarmağa hazır olduqlarını təsdiqləyib, ikitərəfli diplomatik missiyaların fəaliyyətinin normallaşdırılması istiqamətində işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Bildirilib ki, Rusiya və ABŞ xarici siyasət idarələri xətti ilə konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirəcəklər. S.Lavrov və M.Rubio əlaqələrin bərpasına hazır olduqlarını təsdiqləyiblər. Qeyd edilib ki, buna Rusiya və ABŞ arasında birbaşa hava əlaqəsinin bərpası kömək edə bilər.
 //report
OXŞAR XƏBƏRLƏR