Rubio: Qətəri danışıqlarda konstruktiv rol oynamağa çağırmağa davam edəcəyik

Rubio: Qətəri danışıqlarda konstruktiv rol oynamağa çağırmağa davam edəcəyik
DÜNYA
18:59 15.09.2025
224
ABŞ atəşkəs və girov mübadiləsi ilə bağlı razılaşmanın əldə edilməsində Qətəri konstruktiv vasitəçilik rolu oynamağa çağırmağa davam edəcək.

Bunu ABŞ-ın dövlət katibi Marko Rubio İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib.

Fələstin dövlətinin tanınması məsələsinə toxunan Rubio bir sıra ölkələrin Fələstini tanımaq qərarını simvolik adlandırıb və bu hərəkətin HAMAS-ı daha da cürətləndirəcəyini bildirib.

Rubio həmin ölkələrə İsrailin cavab tədbirləri görəcəyi ilə əlaqədar əvvəldən xəbərdarlıq edildiyini də vurğulayıb.

İctimai fəal Çarli Kirkin öldümü barədə də danışan Rubio Kirkin qətlini Amerikada siyasi-ictimai diskursun təhdid olunma cəhdi kimi qiymətləndirib və Çarlinin ölümünü öz ailə üzvünün ölümü kimi hesab etdiyi deyib.
 
apa
OXŞAR XƏBƏRLƏR