Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş...

Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş...
SOSİAL
16:07 19.05.2025
882
Silahla ehtiyatsız davranış nəticəsində həlak olduğu bildirilən N saylı hərbi hissənin əsgəri Rüfət Ağayevin qəsdən öldürüldüyü məlum olub.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aparılan istintaqla Rüfətin əsgər yoldaşı tərəfindən güllələnərək qətlə yetirildiyi müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl Rüfət Ağayev və təqsirləndirilən əsgər Tale Qurbanov arasında bir neçə dəfə mübahisə baş verib. İddiaya görə, Rüfətin ona "yetim” deyə müraciət etməsi Qurbanovda qəzəb və kin yaradıb. Atası və anası sağ olan Tale bu sözləri qəbul etməyərək əsgər yoldaşını öldürmək qərarına gəlib.

Bir neçə gün sonra gecə növbəsində olan Qurbanov postdan çıxaraq digər patrul naryadını oyatmaq bəhanəsi ilə əsgərlərin yataqxanasına gedib. Yataqxanaya daxil olan vaxt onun yadına Rüfətlə aralarındakı mübahisələr düşüb. 

Hisslərini cilovlaya bilməyən Tale silahlı vəziyyətdə fürsət yaranmasından istifadə edərək yatmış vəziyyətdə olan xidmət yoldaşı Rüfəti güllələyib.

Təqsirləndirilən şəxs ilkin ifadəsində hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini, Rüfəti öldürmək niyyətində olmadığını deyib.

Lakin toplanmış sübutlar, o cümlədən şahid ifadələri qəsdən adam öldürmə kimi qiymətləndirilib.

Hökmə əsasən 20 yaşlı Tale əsgər yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 3 ilini ümumi, qalan 13 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
23:16 11.03.2026
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Könül Həmzəyeva saxlanıldı
23:11 11.03.2026
Könül Həmzəyeva saxlanıldı
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
23:02 11.03.2026
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
22:55 11.03.2026
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
22:54 11.03.2026
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
22:48 11.03.2026
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
22:40 11.03.2026
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
22:26 11.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTOLAR
22:25 11.03.2026
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTOLAR