Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb

Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
SİYASƏT
17:50 09.08.2025
184
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanması, o cümlədən ABŞ prezidentinin şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanması məsələsi Rumıniya KİV-də geniş işıqlandırılıb.

Bu barədə AZXEBER.COM-a Azərbaycanın Rumıniyadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, Rumıniyanın "Antena3”, "TVR”, "Digi24” aparıcı KİV-ləri Ağ Evdə mövcud olan ab-havanı təfərrüatı ilə oxucuların diqqətinə çatdırıblar. ABŞ prezidentinin vasitəçiliyi ilə iki ölkə arasında əldə olunan razılaşmaları "Trampın 6 ay ərzində həyata keçirdiyi möcüzə”, razılaşmanı isə tarixi adlandırıblar.

Eyni zamanda, Rumıniya mediası Cənubi Qafqazda sülhün bərqərar olmasını Avropa İttifaqının marağında olduğunu qeyd edir, ABŞ ilə hər iki ölkə arasında energetika, texnoloqiyalar, ticarət və müdafiə sahəsində əldə olunan əməkdaşlıq imkanları regionun inkişafı üçün yüksək qiymətləndirilir.

Həmçinin, Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Trampın Nobel Sülh Mükafatına namizədliyinin dəstəklənməsi barədə bəyannamələri xüsusi vurğulanır.

Bununla yanaşı, Rumıniyanın xarici işlər naziri Oana Tsoyu "X” sosial şəbəkəsindəki səhifəsində Rumıniyanın ABŞ Prezidenti Donald Trampın fəal köməyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışladığı barədə paylaşım edib.

"Bu, Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa nail olmaq yolunda mühüm addımdır. Rumıniya Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasının tərəfdarıdır”, - o yazıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Xəyal edilməyəni siz real etdiniz”
19:43 09.08.2025
“Xəyal edilməyəni siz real etdiniz”
Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
19:28 09.08.2025
Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
19:13 09.08.2025
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
19:01 09.08.2025
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
18:45 09.08.2025
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb