Rumıniya klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəyi oyundan əvvəl cərimələnib

Rumıniya klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəyi oyundan əvvəl cərimələnib
İDMAN
19:09 18.12.2024
404
UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən Rumıniyanın FKSB klubunu 22000 avro cərimələyib.
 
Bu barədə Avropa futbol qurumunun rəsmi saytında bildirilib.

Klub noyabrın 28-də evdə Yunanıstan təmsilçisi "Olimpiakos"la matçda (0:0) yaşananlara görə ziyana düşüb. FKSB "komandanın düzgün olmayan davranışı"na (4 sarı, 1 qırmızı vərəqə) görə 10000 avro, "ictimai keçidlərin bağlanması" ucbatından 12000 avro ödəyəcək.

Qeyd edək ki, Rumıniya komandası Avropa Liqasının Liqa mərhələsində növbəti oyununu "Qarabağ"a qarşı keçirəcək. Yanvarın 23-də Bakıda təşkil olunacaq qarşılaşma saat 21:45-də start götürəcək.
OXŞAR XƏBƏRLƏR