Rumıniyada zəlzələ olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ 4.1 bal gücündə qeydə alınıb.
Bildirilib ki, zəlzələnin episentri 11 min insanın yaşadığı Nexoyu şəhərindən 9 kilometr şimal-qərbdə olub.
Zəlzələ ocağın yerin 110 km dərinliyində yerləşib.
Qeyd edək ki, tələfat və dağıntılar barədə məlumat verilməyib.
Mikayıl