Rumıniyada koronavirusa yoluxanların sayı 85 min 833-ə çatıb.
AZXDBER.COM AZƏRTAC-a istinadən bildirir ki, son 24 saat ərzində 1365 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə koronavirusdan ölənlərin sayı 3539, sağalanların sayı isə 37 min 388 nəfərdir.
Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.