Rumıniyada NATO təlimlərinin vaxtı açıqlandı

Rumıniyada NATO təlimlərinin vaxtı açıqlandı
DÜNYA
19:35 12.08.2023
243
Rumıniyada NATO-nun döyüş qrupunun beynəlxalq təlimləri avqustun 14-də başlayacaq.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında bildirilib.

Avqustun 14-dən 18-dək olan müddətdə Fransa və Lüksemburqun 250-yə yaxın əsgəri və NATO-nun Rumıniyadakı döyüş qrupunun 65 texnikası "Deployex” təlimlərində iştirak edəcək.

Təlimlərin məqsədi Şimali Atlantika Alyansının döyüş qrupunun canlı qüvvə və texnikasının çevik yerləşdirilməsinin işlənib hazırlanmasıdır.

Rumıniyadakı NATO döyüş qrupu 2022-ci ilin mayında yaradılıb. Hazırda Fransa, Belçika və Niderlanddan olan hərbçilər ölkədə qərarlaşıb. Digər dövlətlərin də qrupda iştirakı istisna edilmir.
OXŞAR XƏBƏRLƏR