Rumıniyada “SOCAR” brendi altında 50-ci YDM istifadəyə verildi

Rumıniyada “SOCAR” brendi altında 50-ci YDM istifadəyə verildi
İQTİSADİYYAT
13:47 15.09.2020
598

"Əsrin müqaviləsi”nin imzalanmasının 26-cı ildönümü və "Neftçilər günü” peşə bayramı ərəfəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada növbəti 50-ci yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.

AZXEBER.COM-un məlumatına görə, yeni məntəqə xarici turistlərin və yerli sakinlərin daha çox səfər etdiyi, ölkənin əsas turizm mərkəzlərindən biri olan Sibiu regionunda açılıb. Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca 3-cü YDM-dir.

SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib ki, Rumıniyada investisiya layihələrini uğurla həyata keçirən SOCAR YDM şəbəkəsini genişləndirməkdə davam edir.

 

"Bu ilin sonunadək Rumıniyada SOCAR yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırmağı planlaşdırırıq. Bildiyiniz kimi, cari ildə bütün dünya koronavirus pandemiyasından əziyyət çəkir. COVID-19 virusu dünya, o cümlədən, Rumıniya iqtisadiyyatına təsirsiz ötüşməyib. Amma buna baxmayaraq SOCAR Rumıniyada cari ilin ilk 6 ayını mənfəətlə başa vurub, 2020-ci il üçün qarşıya qoyulan strateji inkişaf planını da 100 faiz həyata keçirib” - deyə H. Kərimov əlavə edib.

"SOCAR Petroleum SA”nın İnkişaf departamentinin müdiri Dan Dumitraçe isə bildirib ki, hər bir YDM-də olduğu kimi, bu məntəqədə də müştərilərə benzin və dizel yanacaqları, həmçinin məntəqənin ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Made in Azerbaijan” brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq məntəqələrdə Azərbaycan guşəsi yaradılıb: "SOCAR-ın ölkə üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayiş olunur. Hazırda SOCAR Rumıniyanın 24 regionunda "SOCAR” brendli məntəqəyə malikdir”.

Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış "SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
15:47 19.06.2026
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim