Rumıniyanın 30 yaşlı futbolçusu dünyasını dəyişdi

İDMAN
10:52 25.12.2012
1100
Rumıniyalı futbolçu Kristian Tudor 30 yaşında dünyasını dəyişib.Tudor qara ciyər serrozundan ölüb.O, dekabrın 26-da doğma şəhəri Bistritsada dəfn olunacaq. Son il ərzində sabiq hücumçu bir neçə dəfə kritik vəziyyətdə xəstəxanaya düşüb.Qeyd edək ki, Kristian Tudor peşəkar karyerasına “Qloriya”da başlayıb. O, 2002-ci ildə Moldova “Şerif”inə keçib və həmin il ölkə çempionluğu və kubokunu qazanıb. Tudor 2003-cü ildə Rusiyanın “Alaniya”, 2004-cü ildə “Moskva” klublarına keçib. 2006-cı ildə “Alaniya”ya qayıdan forvard daha 3 il bu komandanın formasını geyinib. Tudor 2009-cu ildə “Qloriya”ya qayıtsa da, artıq çəki səbəbindən heyətdə möhkəmlənə bilməyib.

OXŞAR XƏBƏRLƏR