Rus əsgərləri Ukraynada hərbi hissəni belə işğal etdilər – GİZLİ ÇƏKİLİŞ (VİDEOLAR)

Rus əsgərləri Ukraynada hərbi hissəni belə işğal etdilər –  GİZLİ ÇƏKİLİŞ (VİDEOLAR)
DÜNYA
13:39 23.03.2014
3843

Rusiya hərbçilərinin Ukraynanın Belbek şəhərindəki hərbi hissəsinə hücumunun video görüntüləri internetə yerləşdirilib. Görüntülərdə rus hərbçilərinin hücuma hazırlığı, hərbi hissəni mühasirəyə aldığı və BTR-lərlə hərbi hissənin darvazasını uçuraraq içəri daxil olduğunu kadrlar yer alıb.Martın 22-də Rusiya ordusu Ukraynanın Belbek şəhərindəki hərbi hissəsini ələ keçirib. Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin sədri Vladislav Seleznev rusların hücumu barədə öz Facebook səhifəsində məlumat verib: “Hücum saat 17.00-da başlayıb. Hücum zamanı Krım özünümüdafiə dəstəsinin nümayəndələri hərbi hissənin ərazisinə daxil olublar. Hərbi hissənin darvazaları “BTR”lə uçurulub. Mənbələr hücum zamanı atəş açıldığını bildirirlər, bundan başqa, əməliyyata azı 6 ədəd “BTR 80” cəlb olunub."Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Rusiya xüsusi təyinatlıları ənənəvi olaraq Ukrayna hərbçilərinə ultimatum irəli sürüblər. Sonra isə silah və işıq-səs qumbaralarından istifadə edərək hərbi texnikanın köməyi ilə darvazanı uçurub hərbi hissənin ərazisinə daxil olublar. Nəticədə, Ukrayna hərbçiləri silahı hərbi hissədəki silah və döyüş sursatı saxlanılan otağa təhvil verərək Ukrayna dövlət himnin sədaları altında hərbi hissəni tərk etməyə məcbur olublar.Ukrayna Silahlı Qüvvələrinin Aleksandr Pokrışkin adına 204-cü taktiki aviasiya briqadasının ərazisinə həyata keçirilmiş hücum zamanı mətbuat nümayəndəsi və Ukrayna hərbçisi bədən xəsarətləri alıb. (anspress)

OXŞAR XƏBƏRLƏR