Rus general Ukraynada raket atəşinə məruz qaldı - Bir qolunu və ayağını itirdi

Rus general Ukraynada raket atəşinə məruz qaldı - Bir qolunu və ayağını itirdi
DÜNYA
13:01 22.08.2025
246
Ukraynanın Kursk vilayətinə təşkil etdiyi hücumlarda Putinlə yaxınlığı ilə tanınan general-leytenant Əsədulla Abaçev raket zərbələrinə tuş gəlib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı sağ qolunu və bir ayağını itirən rus general hərbi nəqliyyat təyyarəsi ilə ərazidən çıxarılaraq Moskvanın Vişnevski Mərkəzi Klinik Xəstəxanasına aparılıb.
 
Hücum Rılsk-Xomutovka avtomobil yolunda hərəkət edən hərbi karvana qarşı həyata keçirilib.

Yayımlanan videolarda dronların hədəfin üzərindən uçması və avtomobilin vurulduğu dəqiq an əks olunub.

Dağıstanda anadan olan general-leytenant Əsədulla Abaçev 1989-cu ildə Xarkov Mühafizələri Ali Tank Komandanlığı Məktəbini, 2002-ci ildə Rusiya Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusu Akademiyasını bitirib. Hərbi karyerası ərzində Ermənistan-Azərbaycan münaqişəsində, Çeçenistan müharibələrində, Rusiya-Gürcüstan, Suriya hərbi əməliyyatlarında iştirak edib.
 
2022-ci ildən Rusiyanın Ukraynadakı işğal əməliyyatlarına birbaşa rəhbərlik edən Abaçev, xüsusilə Luqansk bölgəsində hücumların idarə olunmasında fəal rol oynayıb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR