Rus generalı öldürməkdə şübhəli bilinən agent saxlanıldı

Rus generalı öldürməkdə şübhəli bilinən agent saxlanıldı
DÜNYA
21:21 26.04.2025
278
FTX əməkdaşları Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən şəxsi saxlayıb. 

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.


"Təcili tədbirlər nəticəsində Ukrayna xüsusi xidmət orqanlarının agenti, Ukraynada yaşamaq icazəsi olan 1983-cü il təvəllüdlü İqnat Kuzin saxlanılıb. O, Moskva vilayətinin Balaşixa şəhərində "Volkswagen Golf" markalı avtomobili minalayıb. Nəticədə 1966-cı il təvəllüdlü Moskalik öldürülüb", - məlumatda bildirilib.
OXŞAR XƏBƏRLƏR