Rusiyalı oliqarxlar Putin üçün gizli plan qurub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumunun 26-cı günündə Ukrayna kəşfiyyatından diqqətçəkən bir iddia irəli sürülüb.
İddialara görə, Rusiya oliqarxları sanksiyalara görə çətin vəziyyətdə qalıb və Putini zəhərləyəcəklərini bildirib.
Ukrayna kəşfiyyat xidməti həmçinin Putinin yerinə seçilən şəxsin Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Oleksandr Bortnikov olduğunu irəli sürüb.
Putin prezident titulu almazdan əvvəl o, Rusiya kəşfiyyat idarəsinin direktoru olub və Bortnikovla Leninqradda xidmət edib.
Ukrayna kəşfiyyatının iddiasına görə, Rusiyanın aparıcı simaları Ukraynanın işğalının sanksiyalardan böyük zərər görən Rusiya iqtisadiyyatına təsirindən qəzəbləniblər.
Putinin varisi olduğu iddia edilən Bortnikovun Ukrayna müharibəsinin ilk üç həftəsindəki hərbi itkilərdən sonra Putinin gözündən düşdüyü də söylənilir. Bildirilib ki, Putin Ukraynadakı vəziyyətin gedişindən narahat olub və bu müddət ərzində 8 generalı vəzifəsindən azad edib.
Ayşən Mirzəyeva