Müxtəlif sosial eksperimentlərlə gündəmdə qalan "JustBeTV" komandası bu dəfə də maraqlı video-çarx hazırlayıb.
AZXEBER.COM-a göndərilən növbəti eksperiment Bakıda və Moskvada aparılıb. Hər iki şəhərdə iki xanım oğlanlara yaxınlaşaraq şəhəri tanımadıqlarını və onlarla birlikdə şəhəri gəzmək istədiklərini söyləyiblər. Eksperiment zamanı Bakıdakı oğlanların hamısının bu təklifə istisnasız razı olduğu aydınlaşıb. Oğlanlar onlara nömrələrini də veriblər.
Həmin görüntüləri təqdim edirik: