"Rus qoşunları Ukraynadan tamamilə çıxmadan atəşkəs mümkün deyil"

"Rus qoşunları Ukraynadan tamamilə çıxmadan atəşkəs mümkün deyil"
DÜNYA
14:05 19.05.2022
268
"Bizə atəşkəs təklif etməyin. Bu, Rusiya qoşunları tamamilə çıxarılmadan mümkün deyil".
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının sözçüsü Mixail Podolyak bildirib.
 
Ukraynanın Donbass bölgəsindəki müharibəni dayandırmaq üçün 2015-ci ildə Fransa və Almaniyanın Belarusun paytaxtı Minskdə imzaladığı sülh müqaviləsinə işarə edən Podolyak Ukraynaya yeni "Minsk”in yaranmasında və müharibənin təkrarlanmasının maraqlı olmadığını və Ukraynanın tək istəyinin Rusiya tərəfindən işğal edilmiş əraziləri azad etmək olduğunu bildirib.
 
Mülki itkilərlə bağlı danışan Podolyak bildirib ki, Rusiya ilə Ukrayna arasında fevralın 24-dən davam edən müharibədə mülki əhali arasında itkilər artır.
 
Məlumata görə, Rusiya ordusunun Ukraynaya hücumları nəticəsində 658-dən çox uşağın yaralandığı, 231 uşağın öldüyü bildirilib. Prokurorluq həmçinin hücumlarda 457-dən çox mülki şəxsin yaralandığını açıqlayıb. Müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə işlərin davam etdirildiyi bildirilib.

Belə ki, Donetsk vilayətində 144, Kiyev vilayətində 116, Xarkov vilayətində 100, Çerniqov vilayətində 68, Xerson vilayətində 48, Luqansk vilayətində 47, Mikolayiv bölgəsi, Zaporojye bölgəsində 28, Sumi bölgəsində 17, Jitomir bölgəsində və paytaxt Kiyevdə 15. Hücumlardan 16 uşağın zərər çəkdiyi açıqlanıb.

Digər tərəfdən, Rusiya ordusunun hücumları nəticəsində ölkədə ümumilikdə 828 təhsil müəssisəsinin zərər gördüyü qeyd edilib.
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR