Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məxsus maşın erməni sürücünün idarə etdiyi avtomobillə toqquşub.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə Xankəndi şəhəri yaxınlığında qeydə alınıb.
Nəticədə 4 nəfər ölüb. Ölənlərin hamısı qadındır.
Ağır xəsarət alan erməni sürücü xəstəxanaya yerləşdirilib.