Azxeber.com-un verdiyi məlumata görə, imtahanın keçirilməsi üçün Bakıda 6, Naxçıvanda isə 1 mərkəz ayrılıb. İmtahanda 3089 abituriyentin iştirakı nəzərdə tutulub. Qəbul qaydalarına əsasən, mayın 13-də keçirilmiş imtahanda qeyri-məqbul qiymət alan abituriyentlərə bu gün keçirilən imtahanda təkrarən iştirak etmə hüququ verilib.