Rusiya 11 uşağı Ukraynaya təhvil verdi

Rusiya 11 uşağı Ukraynaya təhvil verdi
DÜNYA
19:32 19.02.2024
158
Rusiya 11 uşağı Ukrayna tərəfinə təhvil verib
 
Bu barədə Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova bildirib.

Onun sözlərinə görə, ukraynalı uşaqların ailələrinə qovuşması Qətərin Moskvadakı səfirliyində baş tutub.

Səfir Əhməd bin Nasser bin Casim Al Tani bildirib ki, Doha bu istiqamətdə humanitar addımlar atmağa davam edəcək.

Qeyd edək ki, Qətər bir müddətdir Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsində vasitəçilik edir.
OXŞAR XƏBƏRLƏR