Rusiyanın son 24 saatda Ukraynanın 10 bölgəsində 118 yaşayış məntəqəsinə hücum etdiyi məlum olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Daxili İşlər Naziri İqor Klimenko sosial media hesabından verdiyi açıqlamada Rusiyanın son gündə Ukraynaya hücumlarını dəyərləndirib.
Rus ordusunun son gündə Ukraynanın 10 bölgəsində 118 yaşayış məntəqəsinə hücum təşkil etdiyini bildirən Klimenko, "Bu, ilin əvvəlindən bəri ən çox hücuma məruz qalan şəhər və kənd sayıdır"- deyib.
Rus əsgərlərinin gecə saatlarında Poltav vilayətinin Kremençuq şəhərində neft emalı zavodunu vurduğuna diqqət çəkən Klimenko bildirib ki, hücum nəticəsində neft emalı zavodunda baş verən yanğını yanğınsöndürmə qruplarının bir neçə saat ərzində söndürdüyünü və hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Rusların Dnepropetrovsk vilayətinin Nikopol rayonuna artilleriya ilə 3 hücum təşkil etdiyini bildirən Klimenko Rusiyanın Xerson vilayətində gecə saatlarında həyata keçirdiyi hücumlarda 1 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını qeyd edib.
Nazir Klimenko Rusiyanın Nikolayev bölgəsində həyata keçirdiyi hücumlarda evlərin də zərər gördüyünü bildirib.
Günel