Rusiya 47 ton pomidoru Azərbaycana geri göndərdi

Rusiya 47 ton pomidoru Azərbaycana geri göndərdi
SOSİAL
11:36 24.06.2022
377
Azərbaycandan Rusiyanın Həştərxan vilayətinə göndərilən pomidorlarda qonur qırışıqlıq virusu (Tobamovirus ToBRFV) aşkar olunub.

AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Azərbaycandan Rusiyaya göndərilən pomidor geri qaytarılıb. Belə ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor”) idarəsinin həyata keçirdiyi fitosanitar nəzarət zamanı Azərbaycandan göndərilən sözügedən pomidor partiyasında virus aşkarlanıb. 

Nəticədə 47 tonluq pomidor partiyası ölkəyə geri göndərilib.
OXŞAR XƏBƏRLƏR