Rusiyanın "Soyuz-2.1b” raketi "Luna-25” kosmik gəmisini müvəffəqiyyətlə Yerin orbitinə çıxarıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) "Luna-25” kosmik gəmisini daşıyan "Soyuz 2.1v” raketini paytaxt Moskvadan 5500 kilometr şərqdə yerləşən "Vostochnıy” kosmodromundan kosmosa göndərib.
"Luna-25” uğurlu buraxılışdan sonra uçuş orbitinə daxil olarkən, kosmik gəminin avqustun 21-də Ayın cənub qütbünə enməsi planlaşdırılır.
Təxminən 1 il araşdırma aparacaq "Luna-25”kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdırmaq, həmçinin su mənbələrini axtarmaq missiyalarına malikdir.
"Roskosmos” un prezidenti Yuriy Borisov bildirib ki, "Luna-25” Aya dinc məqsədlə göndərilib. Onlar 2027, 2028 və 2030-cu illərdə də Aya kosmik gəmi göndərməyi planlaşdırırlar.
Şəbnəm