Rusiya ABŞ-a da hücumlar edir - Kiyev

Rusiya ABŞ-a da hücumlar edir - Kiyev
DÜNYA
19:01 02.12.2022
272
Kiberməkanda Rusiya Ukraynanı raketlərlə vurduğu kimi, eyni intensivliklə kiberməkanda da hücumlarını davam etdirir. Və bu döyüşlər çoxdan Ukrayna və ya Rusiyanın hüdudlarından kənara çıxıb, biz tez-tez ABŞ hava limanları və ya Estoniya banklarına kiber-hücumlar edilməsi ilə bağlı xəbərlərə rast gəlirik.

AZXEBER.COM Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Xüsusi Rabitə üzrə Dövlət Xidmətinin sədri Yuri Şçiqal banklara edilən kiberhücumlarla bağlı danışarkən deyib.

O bildirib ki, Ukrayna banklarını vurmaq üçün Rusiyanın son hədələri də kiberməkanda reallaşacaq.

Onun sözlərinə görə, banklara hücumlar adi vətəndaşlar üçün belə bank xidmətlərini əlçatmaz edir:

"Belə bir hücumun məqsədi hələ də Ukraynanın bütün infrastrukturunu məhv etmək olaraq qalır".
OXŞAR XƏBƏRLƏR