Rusiya-ABŞ münasibətlərinin normallaşması üçün Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sanksiyalardan azad olmaq lazımdır.
Bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Bu sanksiyalara münasibətimiz yaxşı məlumdur - biz onları qanunsuz hesab edirik. İkitərəfli münasibətlərin normallaşmasına gəlincə, onları bu mənfi yükdən - yəni sanksiyalardan azad etmək lazımdır", - o qeyd edib.
Eyni zamanda, Peskov bildirib ki, bu məsələdə irəliləyişlə bağlı hələlik nəsə demək tezdir.