“Rusiya-Azərbaycan əlaqələri dinamik inkişaf edir” - Ramiz Mehdiyev

“Rusiya-Azərbaycan əlaqələri dinamik inkişaf edir” - Ramiz Mehdiyev
SİYASƏT
13:10 26.04.2018
3328
Görüşdə 117 ölkə, o cümlədən Azərbaycan da təmsil olunur.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, görüşü açan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Prezidenti Vladimir Putinin təbrik məktubunu oxuyub, gündəliyə daxil edilən mövzular barədə məlumat verib.

Görüşdə Azərbaycan Respublikasını Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Prezident Administrasiyasının sektor müdiri Otari Qvaladze təmsil edirlər.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu görüşündə "Beynəlxalq terror təşkilatlarının strategiyası və taktikasının təkamülü” mövzusunda çıxış edib. Çıxışda beynəlxalq terrorçu təşkilatların fəaliyyətində müşahidə olunan son tendensiyalar barədə məlumat verilib, habelə bu destruktiv fəaliyyətin qarşısının alınması üçün bütün dövlətlərin səylərinin birləşdirilməsinin və terrorçuluğa münasibətdə ikili standartlar siyasətindən imtina edilməsinin vacibliyi vurğulanıb.

Ramiz Mehdiyevin Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşündə regionda və dünyada vəziyyət və təhlükəsizlik məsələləri təhlil olunub, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bir sıra ölkələrin təhlükəsizlik şuraları katiblərinin, prezidentlərin və baş nazirlərin milli təhlükəsizlik üzrə köməkçilərinin, güc qurumlarının rəhbərlərinin iştirak etdikləri beynəlxalq görüşdə qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Diqqətə çatdırılıb ki, Soçi görüşü beynəlxalq təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın qurulması üçün əlverişli platformadır.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. Nikolay Patruşev qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Rusiyanın "Şərəf” ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Nikolay Patruşev sərəncamı və ordeni Ramiz Mehdiyevə təqdim edib. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Rusiya Prezidentinin ona göstərdiyi yüksək diqqətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, Rusiya-Azərbaycan əlaqələri dinamik inkişaf edir, ölkələrimiz arasında daim dialoq aparılır və bu işdə dövlət başçılarının mühüm rolu var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
18:10 17.03.2026
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
18:00 17.03.2026
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
17:53 17.03.2026
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
17:42 17.03.2026
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
17:25 17.03.2026
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
17:23 17.03.2026
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR