Rusiya – Azərbaycan matçında 40-dan çox azarkeş saxlanıldı

İDMAN
15:26 17.10.2012
1370

Rusiya və Azərbaycan milli komandaları arasında oktyabrın 16-da keçirilmiş 2014-cü il dünya çempionatının seçmə qrup matçı zamanı 40-dan çox azarkeş saxlanılıb.AZXEBER.COM-un məlumatına görə, bu barədə Moskva polisindən açıqlama verilib.

Mənbə “Lujniki” stadionundakı oyunun gedişində heç bir ciddi insidentin qeydə alınmadığını və təhlükəsizliyin təmin edildiyini bildirib: “Saxlanılanların sayı dəqiqləşdirilir. Hələlik 40 qayda pozuntusu məlumdur”.

Qeyd edək ki, Rusiya yığmasının 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada təhlükəsizliyi 2600-dən çox polis qoruyub.

OXŞAR XƏBƏRLƏR