Suriya tamamilə İŞİD terrorçularından azad edilib.
AZXEBER.COM-un xəbərinə görə, bu barədə RF Baş Qərargahının rəisi Valeri Gerasimov bəyan edib.
Onun sözlərinə görə, general Həsən Suhelin və 5-ci könüllü hücum korpusunun qoşunları Deyr-əz-Zor vilayətində yaraqlıların son sığınacaqlarını məhv ediblər. Əməliyyat zamanı Salihiya, Əl-Hreyta, Əl-Katya və Musalaha yaşayış məntəqələri azad olunub.
"Bununla da Suriyada İŞİD tabeçiliyində olan ərazi qalmayıb” , - V. Gerasimov bildirib.
O həmçinin qeyd edib ki, müdafiə naziri Sergey Şoyqu ölkə prezidenti Vladimir Putini bu barədə məlumatlandırıb.